Fransa Liqa 1-in 23-cü turunun “Lans” və “Monako” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, matç “Stad Bollaert-Delelis”də (Lans, Fransa) baş tutub. Qonaq komanda 3:2 hesablı qələbəni qeyd edib.
“Lans”ın hücumçusu Odson Eduard matçın ilk qolunu üçüncü dəqiqədə vurub. 56-cı dəqiqədə hücumçu Florian Toven ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 62-ci dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Folarin Baloqun cavab qolunu vurub, səkkiz dəqiqə sonra Denis Zakaria hesabı bərabərləşdirib. İki dəqiqə sonra Ansu Fati “Lans”ın qapısına üçüncü qolu vurub və hesabı 3:2 edib.
Fransa liqasında 23 oyundan sonra “Lans” 52 xalla turnir cədvəlinə başçılıq edir. “Monako” 34 xalla altıncı yerdədir.
