Türkiyə Superliqası: “Qalatasaray”ın gözlənilməz məğlubiyyəti - VİDEO

22 Fevral 2026 00:06
135
Türkiyə Superliqası: “Qalatasaray”ın gözlənilməz məğlubiyyəti

Türkiyə Superliqasının 23-cü turunun üç oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, 13-cü yerdə qərarlaşmış “Konyaspor” doğma meydançada lider “Qalatasaray”ı qəbul edib.

Matç 2:0 hesabı ilə Konya klubunun xeyrinə qurtarıb.

Hesabı 75-ci dəqiqədə Adil Demirbağ açıb. 81-ci dəqiqədə Blaj Kramer ikinci qolu vurub.

Turun digər oyununda “Eyüpspor” öz meydançasında “Gənclərbirliyi”nə məğlub olub – 0:1.

“Alanyaspor” da doğma meydança amilindən istifadə edə bilməyib. Klub 1:2 hesabı ilə “İstanbul Başakşehir”ə boyun əyib.

“Qalatasaray” 23 oyundan 55 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” 22 oyundan 52 xalla ikinci yerdə qərarlaşıb.

İdman.Biz