İspaniyanın La Liqasında çıxış edən "Barselona" 25-ci turda doğma meydanda "Levante"ni 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin zirvəsinə qalxıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada qolları Mark Bernal, Frenki de Yonq və Fermin Lopes vurublar. Kataloniya təmsilçisi bununla bütün turnirlərdə iki oyundur davam edən məğlubiyyət seriyasına son qoyub.
"Barselona" xallarının sayını 61-ə çatdıraraq La Liqada liderliyə yüksəlib və 60 xalı olan "Real"ı geridə qoyub.
"Levante" isə ardıcıl dördüncü məğlubiyyətini alıb. 18 xalla 19-cu pillədə qərarlaşan komandanın vəziyyəti daha da çətinləşib.
20:01
İspaniya La Liqasının 25-ci turu çərçivəsində "Sevilya" səfərdə "Xetafe"nin qonağı olub. Gərgin keçən qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolu 64-cü dəqiqədə Cibril Sou vurub. Meydan sahibləri matçın böyük hissəsini azlıqda keçirməli olublar. Belə ki, 26-cı dəqiqədə Cene birbaşa qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.
Bu qələbədən sonra xallarının sayını 29-a çatdıran "Sevilya" turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Eyni xala malik olan "Xetafe" isə 12-ci sıraya geriləyib.
