Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən matçda “Frayburq” öz meydanında “Münhenqladbax”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, hesab 38-ci dəqiqədə açılıb. “Frayburq”un müdafiəçisi Mattias Ginter komandasını önə keçirib. 74-cü dəqiqədə isə İqor Matanoviç hesabı 2:0-a çatdıraraq fərqi artırıb. Qonaqların yeganə cavab qoluna 85-ci dəqiqədə Haris Tabakoviç imza atsa da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.
Bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Frayburq” turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. Uğursuz seriyasını davam etdirən “Münhenqladbax” isə 22 xalla 14-cü sırada yer alıb.
