İngiltərə Premyer Liqasının 27-ci turunun son qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Everton”u məğlub edib(0:1).
İdman.Biz xəbər verir ki, bu nəticə “Everton” üçün doğma meydandakı növbəti uğursuzluqla yadda qalıb.
“Everton” çempionatda artıq yeddi oyundur öz azarkeşləri önündə qələbə qazana bilmir. Komanda sonuncu dəfə dekabrın əvvəlində evdə sevinib – həmin vaxt “Nottingem Forest” üzərində 3:0 hesabı ilə qələbə qazanılıb.
Hazırda komanda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Növbəti turda isə “Everton”u “Nyukasl”la çətin səfər oyunu gözləyir.
