Antuan Qrizmann MLS-ə gedir: Nəriman Axunzadənin liqasında supertransfer

24 Fevral 2026 09:56
118
Antuan Qrizmann MLS-ə gedir: Nəriman Axunzadənin liqasında supertransfer

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizman yaxın günlərdə MLS təmsilçisi “Orlando Siti”yə keçə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında danışıqlar sürətlə davam edir və son günlər ciddi irəliləyiş əldə olunub.

Qeyd olunur ki, “Orlando Siti” klubun idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra transferin yaxın həftələrdə rəsmiləşməsini istəyir.

34 yaşlı fransalı forvard “Atletiko” tarixinin ən yaxşı bombardiridir - onun aktivində 210 qol var. Qrizmann cari mövsümdə bütün turnirlərdə 35 oyuna çıxaraq 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə də qış transfer pəncərəsində MLS-də çıxış edən "Kolambus Kryu"ya transfer olub.

İdman.Biz