Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun forvardı Kərim Benzema bud əzələsindən zədə alıb.
İdman.Biz xəbər verir ki, fransalı hücumçunun Pro Liqanın 10-cu turunda “Əl-Taavun”a qarşı matçda iştirakı ciddi sual altındadır.
Klubun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib ki, futbolçu zədəni son məşq zamanı alıb. Bu gün, 24 fevralda Benzema əlavə tibbi müayinədən keçəcək.
Müayinədən sonra zədənin xarakteri və bərpa müddəti dəqiqləşəcək. Hazırda onun yaxın oyunlarda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
