Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu 41 yaşlı ABŞ-li dağ xizəkçisi Lindsi Vonnun paylaşımına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, L.Vonn bir neçə saat əvvəl 8 fevral Qış Olimpiya Oyunlarında sürətli eniş yarışları zamanı aldığı ağır zədədən sonra xəstəxanadan evə buraxıldığını açıqlayıb.
Ronaldu isə şərhində çempionların yalnız qələbə anları ilə deyil, təslim olmadıqları məqamlarla müəyyənləşdiyini vurğulayıb.

“Lindsi, sənin gücün fəth etdiyin dağlardan daha ucadır. Mübarizəni davam etdir. Əfsanələr hər zaman geri qayıdır”, – deyə o yazıb.
Qeyd edək ki, Vankuver-2010-da(Kanad) Olimpiya çempionu olan Vonn 2024-cü ilin dekabrında təxminən altı illik fasilədən sonra karyerasını bərpa edib.
