“Əminəm ki, bu uğursuz seriya sona çatacaq”.
Bunu “Karvan-Yevlax”ın futbolçusu Mois Nqvisani komandasının son 19 oyundur qələbə qazana bilməməsi barədə danışırkən deyib.
Futbolçu komandanın bu vəziyyətlə barışmadığını deyib.
“Bəlkə kənardan elə görünə bilər, amma komanda daxilində hamı buna inanır. Rəsmən hər şey 100 faiz dəqiqləşməyincə, heç kim liqanı tərk etmiş sayılmamalıdır. Hər oyuna son kimi baxmalıyıq. Hamı bir yumruq kimi birləşsə, vəziyyət tezliklə dəyişəcək”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
Mois Nqvisani qarşıdakı vacib “Qəbələ” oyunu barədə isə bunları qeyd edib:
“Qəbələ futbol baxımından çox yaxşı komandadır. Amma oyuna düzgün yanaşsaq, planımıza sadiq qalsaq və maksimum mübarizə aparsaq, onları məğlub edə bilərik”.
