“Atamdan aldığım o hədiyyə məni hədsiz xoşbəxt etmişdi” - İqor Ponomaryovun İDMAN.BİZ-ə AÇIQLAMASI

24 Fevral 2026 15:44
96
“Atamdan aldığım o hədiyyə məni hədsiz xoşbəxt etmişdi” - İqor Ponomaryovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu gün Azərbaycan futbol tarixinin simvolik fiqurlarından olan İqor Ponomaryovun 66 yaşı tamam olur.

İdman.Biz xəbər verir ki, İqor Ponamaryov ölkəmizdən Olimpiya çempionu titulunu qazanan (Seul-1988) yeganə futbolçu kimi tarixə düşüb. O, həmçinin SSRİ çempionatında penaltilərin ən yaxşı icraçısı kimi unikal rekorda imza atıb – ardıcıl 24 dəqiq zərbə.

Ad günü münasibətilə İdman.Biz-ə danışan veteran futbolçu həyatının ən yaddaqalan doğum günündən və ən dəyərli hədiyyəsindən söz açıb.

“Doğum günlərim arasında ən çox 50 illiyim yadda qalıb. Həmin gün çox sayda qonaq toplaşmışdı, bir çoxu məni təbrik etmək üçün xaricdən gəlmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini isə təbii ki, unutmaq mümkün deyil

Hədiyyələrə gəlincə, adətən buna xüsusi diqqət yetirmirəm. Amma atamın mənə bağışladığı dəri topu heç vaxt unutmaram. Bu, uşaqlıq xatirələrimin ən işıqlı anlarından biridir. Təsəvvür edə bilməzsiniz ki, atamın əlindən o arzuladığım hədiyyəni alanda nə qədər xoşbəxt idim. Düşünürəm ki, həyatımın ən yaddaqalan hədiyyəsi məhz o olub”, - deyə Olimpiya çempionu bildirib.

İdman.Biz