Kurtua irqçilik qalmaqalı ilə bağlı: “Futbolda belə şeylərə son qoymağın vaxtıdır”

24 Fevral 2026 18:44
101
Kurtua irqçilik qalmaqalı ilə bağlı: “Futbolda belə şeylərə son qoymağın vaxtıdır”

“Real Madrid”in qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının “Benfika” ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında hücumçu Vinisius Junior və yarımmüdafiəçi Canluka Prestianni arasında baş verən irqçi qalmaqal barədə danışıb.

“İndi futbolda bu cür şeylərə son qoymağın vaxtıdır. Vinisiusun bizə dediklərini bilirik... və bu, əvvəllər dəfələrlə baş verib. Biz buna son qoymalıyıq. Qərarı UEFA verir.

(Joze) Mourinyo elə Mourinyodur və məşqçi kimi siz həmişə klubunuzu müdafiə edəcəksiniz. Amma mən narahatam ki, Vinisiusun qol sevincindən ona qarşı istifadə olunur; çünki “Real Madrid” qol buraxanda bu, iki və ya üç dəfə çox diqqət çəkir. Bu baş verdi və biz irəliləməliyik. Bu baş verdi və qol sevincinə görə iddia edilən irqçilik hərəkətini haqlı çıxara bilmərik.

(“Benfika” prezidentinin sözlərinə gəldikdə) bir şey demək çətindir; bu, həmişə bir sözə qarşı olacaq. Bununla belə, biz çox şeydən keçmiş Vinisiusu 100% dəstəkləyirik. O, bunu 100% eşitdi, necə ki, əvvəllər dəfələrlə eşitmişdi və mən ona 100% inanıram. Ağzını yumduğu üçün heç vaxt həqiqəti bilməyəcəyik. Və Benfika öz oyunçusunu müdafiə edəcək. Amma edə biləcəyimiz çox şey yoxdur: bu... UEFA-nın işidir”, - deyə AS Kurtuanın sözlərini sitat gətirir.

İdman.Biz