PSJ və “Monako” arasında keçiriləcək ikinci UEFA Çempionlar Liqası pley-off matçından bir gün əvvəl hücumçu Usman Dembele və yarımmüdafiəçi Fabian Ruis Paris komandasının məşqində iştirak etməyiblər.
İdman.Biz-in xəbərinə görə, bu barədə Fransanın Canal+ jurnalisti Olivye Tallaron sosial mediada məlumat verib.
1/8 finala vəsiqə uğrunda Çempionlar Liqasının ikinci pley-off matçı sabah, 25 fevralda Parisdəki “Park de Prens” stadionunda keçiriləcək. Fevralın 17-də Monakoda keçirilən ilk oyun parislilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqasının əsas mərhələsində “Monako” komandası 10 xal qazanaraq 21-ci yerdə qərarlaşıb. Parislilər 14 xalla 11-ci yerdədirlər.
