“Yuventus” yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağa yaxındır

24 Fevral 2026 18:59
112
“Yuventus” yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağa yaxındır

İtaliyanın “Yuventus” klubu amerikalı yarımmüdafiəçi Veston Makkenni ilə yeni müqavilə imzalamağa yaxındır.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.

Mənbənin məlumatına görə, müqavilə son mərhələdədir.

Son günlərdə aparılan yeni danışıqlardan sonra Veston və “Yuventus” yeni müqavilənin bütün detalları barədə demək olar ki, razılığa gəliblər. Mərkəz yarımmüdafiəçisinin Turin klubu ilə hazırkı müqaviləsi bu yay başa çatır.

Veston Makkenni 2020-ci ilin payızından bəri “Yuventus”da çıxış edir. O, İtaliya klubuna Almaniyanın “Şalke” klubundan keçib. Bu mövsüm o, bütün yarışlarda 36 oyunda yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib.

İdman.Biz