Hakimi üçün həbs təhlükəsi: Mərakeşli ulduz məhkəmə qarşısına çıxacaq

24 Fevral 2026 17:13
82
Hakimi üçün həbs təhlükəsi: Mərakeşli ulduz məhkəmə qarşısına çıxacaq

PSJ-nin və Mərakeş millisinin ulduz futbolçusu Əşrəf Hakimi ilə bağlı uzun müddətdir davam edən təhqiqatda yeni mərhələ başlayıb. 2023-cü ildə baş vermiş insidentlə əlaqədar hakim işin cinayət məhkəməsinə verilməsi barədə qərar çıxarıb.

İdman.Biz xəbər verir ki, hadisə 2023-cü ilin fevralında Paris ətrafındakı qəsəbələrdən birində, futbolçunun evində baş verib. İttihama görə, həmin vaxt 24 yaşı olan gənc qadın Hakimi ilə sosial şəbəkələrdə tanış olub. Qadın iddia edir ki, futbolçunun evinə qonaq gəldiyi zaman Hakimi onun etirazlarına məhəl qoymayaraq zorakı hərəkətlər edib.

Hakim toplanmış dəlilləri kifayət hesab edərək işi ağır cinayətlər məhkəməsinə göndərib. Fransa qanunvericiliyinə əsasən, bu maddə ilə təqsirli bilinəcəyi təqdirdə mərakeşli müdafiəçini 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Əşrəf Hakimi və vəkilləri ilk gündən bütün ittihamları rədd edərək bunun bir şantaj cəhdi olduğunu bildirirlər. PSJ klubu isə hələlik rəsmi məhkəmə prosesi başa çatana qədər oyunçuya dəstək nümayiş etdirir.

İdman.Biz