İtaliya futbolunun məbədlərindən sayılan “San Siro” stadionu növbəti böyük sınağa hazırlaşır. “İnter” UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasının cavab oyununda Norveçin “Bodo-Qlimt” komandasını qonaq edəcək.
İdman.Biz xəbər verir ki, azarkeşlər bu qarşılaşmanı “Arktikanı qaynayan “San Siro”da salamlayacağıq” kimi xarakterizə edirlər. Şimalın “soyuq” və intizamlı futboluna qarşı milanlılar tribunalarda yaradacaqları “odlu” atmosferlə cavab vermək niyyətindədirlər.
Klub bu qarşılaşma üçün də anakondalı paylaşım edib. Qarşılaşma həm meydandakı futbolçular, həm də tribunadakı tərəfdarlar üçün böyük psixoloji mübarizə olacaq. Belə ki, klub 18 fevralda da anakondalı paylaşım edərək “Bodo-Qlimt” qalasına girdiklərini göstərmişdilər. Amma qarşılaşma 3:1 hesablı məğlubiyyətlə başa çatmışdı.
