Çempionlar Liqasında “İnter” və “Atletiko” sınağı: Avropa nəhəngləri meydana çıxır!

18 Fevral 2026 09:52
100
Çempionlar Liqasında “İnter” və “Atletiko” sınağı: Avropa nəhəngləri meydana çıxır!

UEFA Çempionlar Liqasında bu gün növbəti pley-off qarşılaşmaları baş tutacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan azarkeşlərinin diqqəti saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq, amma bu mərhələdə saat 23:59-da başqa maraqlı qarşılaşmalar da var.

Bu gün keçiriləcək oyunların siyahısı belədir:

21:45 "Qarabağ" (Azərbaycan) – "Nyukasl" (İngiltərə)

23:59 "Bodo-Qlimt" (Norveç) – "İnter" (İtaliya)

23:59 "Brügge" (Belçika) – "Atletiko" (İspaniya)

23:59 "Olimpiakos" (Yunanıstan) – "Bayer" (Almaniya)

Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmalarda "Qalatasaray" doğma meydanda "Yuventus"u 5:2 hesabı ilə darmadağın edib. Digər oyunlarda "Real" "Benfika"nı səfərdə 1:0, PSJ isə "Monako"nu 3:2 hesabı ilə üstələyib. "Borussiya" (Dortmund) isə "Atalanta" üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

İdman.Biz