Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” - “Qarabağ” matçının ehtimal olunan start heyətləri müəyyənləşib.
İdman.Biz Britaniya mətbuatına istinadən xəbər verir ki, komandalar qarşılaşmaya aşağıdakı tərkibdə çıxa bilərlər:
“Nyukasl”: 32. Aaron Ramsdeyl, 2. Kiran Trippyer, 4. Sven Botman, 33. Den Hörn, 37. Aleks Mörfi, 28. Co Uillok, 8. Sandro Tonali, 23. Ceykob Mörfi, 18. Uilyam Osula, 11. Harvi Barns
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 9. Joni Montiel, 10. Abdullah Zubir, 17. Kamilo Duran.
Qeyd edək ki, “Sent-Ceyms Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
