Çempionun qırmızı “oyuncağı”: Lukas Hernandezin DÇ-2018 xatirəsi - VİDEO

24 Fevral 2026 13:49
104
Çempionun qırmızı “oyuncağı”: Lukas Hernandezin DÇ-2018 xatirəsi - VİDEO

Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Hernandez 2018-ci ildə qazanılan Dünya çempionluğunu qeyri-adi bir sənət əsəri ilə əbədiləşdirib. Futbolçu məşhur fransız heykəltəraş Riçard Orlinskinin əl işi olan nəhəng qırmızı qorilla heykəli ilə sosial şəbəkələrdə gündəm olub.

İdman.Biz xəbər verir ki, Hernandezin sifarişi ilə hazırlanan bu heykəl sənətçinin məşhur “Wild Kong” seriyasındandır. Heykəlin özəlliyi ondadır ki, o, üzərində futbolçunun adı və 21 nömrəsi yazılmış Fransa millisinin formasını geyinib və əlində Dünya Kubokunun miniatür nüsxəsini tutur.

Heykəlin evə gətirilmə anını paylaşan futbolçunun bu seçimi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bunu “qəribə” adlandırsa da, əksəriyyət səkkiz il keçməsinə baxmayaraq, idmançının öz karyerasının ən böyük uğuruna bu qədər yaradıcı yanaşmasını təqdir edib.

İdman.Biz