“Sabah” klubunun 13 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.
İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, U-13 “Kobuleti Winter Cup” turnirinin finalında məğlub olub.
Komanda həlledici matçın penaltilər seriyasında yerli “Vazisubani” kollektivinə oyunsonrası penaltilər seriyasında uduzub.
