“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “Arsenal”ın hücumçusu Viktor Dyökereşin səviyyəsini qiymətləndirib.
İdman.Biz “The Touchline” nəşrinə istinadla xəbər verir ki, Karrager isveçli forvardın London klubunun gələcək planları üçün ideal seçim olmadığını bildirib.
O, futbolçunun oyun üslubu barədə bunları deyib:
“Dyökereşin dünya səviyyəli hücumçu olduğunu və ya növbəti beş il üçün “Arsenal” üçün ideal forvard olduğunu düşünmürəm. Amma onun mentaliteti çox xoşuma gəlir. Onda zərrə qədər də özünə inamsızlıq yoxdur: sadəcə topu alır və qol vurur. Bu baxımdan onda Alan Şirerə məxsus nəsə var”.
Cari mövsümdə Dyökereş 15 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Topladığı 17 xalla isveçli forvard “Arsenal”ın bu mövsümkü ən məhsuldar oyunçusudur.
