UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkləri atılıb və cütlüklər müəyyən olunub.
İdman.Biz xəbər verir ki, qarşılaşmalar martın 12-si və 19-da baş tutacaq.
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cütlükləri aşağıdakı kimi paylanıb.
"Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya)
"Genk" (Belçika) - "Frayburq" (Almaniya)
"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya)
"Bolonya" (İtaliya) - "Roma" (İtaliya)
"Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya)
"Selta" (İspaniya) - "Lion" (Fransa)
"Nottinqem Forest" (İngiltərə) - "Midtyullann" (Danimarka)
"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə).

Qeyd edək ki, “Qarabağ” futbol klubunun iki keçmiş rəqibi - Macarıstanın “Ferentsvaroş” klubu Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq. Hər iki komanda son mövsümlərdə avrokuboklarda Ağdam klubuna məğlub olub.
“Ferentsvaroş” cari mövsümün (2025/26) Çempionlar Liqasına vəsiqəsini itirib və Qurban Qurbanovun komandası qarşısında dramatik play-off mərhələsində ümumi hesabla 4:5 uduzub. “Braqa” isə 2023/24 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsində Azərbaycan çempionuna qarşı sensasion şəkildə məğlub olaraq turnirdən çıxıb (ümumi hesab 5:6).
16:00
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilir.
İdman.Biz xəbər verir ki, püşkün nəticəsinə əsasən, bu mərhələnin cütlükləri bəlli olacaq.
10:55
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
İdman.Biz xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
Liqa mərhələsinin ilk “8-liy”i: “Lion” (Fransa), “Aston Villa” (İngiltərə), “Midtyullann” (Danimarka), “Betis” (İspaniya), “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Frayburq” (Almaniya), “Roma” (İtaliya).
Pley-off mərhələsinin qalibləri: ”Genk” (Belçika), “Bolonya” (İtaliya), “Ştutqart” (Almaniya), “Ferentsvaroş” (Macarıstan), “Nottinqem Forest” (İngiltərə), “Selta” (İspaniya), “Lill” (Fransa), “Panatinaikos” (Yunanıstan).
Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.

