“Qarabağ” Azərbaycan futbolunda mütləq rekorda imza atıb

27 Fevral 2026 13:12
68
“Qarabağ” Azərbaycan futbolunda mütləq rekorda imza atıb

“Qarabağ” UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə rekorda imza atıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 dəfə fərqlənib ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

Cari mövsümdə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub. Bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i məhz “Qarabağ”ın payına düşür.

İdman.Biz