Bu gündən İngiltərə Premyer Liqasında(İPL) 28-ci turun oyunları start götürəcək.
İdman.Biz xəbər verir ki, çempionluq yarışında “Arsenal” (61 xal) liderliyini davam etdirir, lakin “Mançester Siti” (56) də yaxından izləyir və bir oyunu ehtiyatdadır. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə isə daha da gərgindir: üçüncü pillədə “Aston Villa” (51), dördüncü sırada “Mançester Yunayted” (48) qərarlaşıb, “Çelsi” və “Liverpul” isə hərəyə 45 xal toplayıb.
Tur “Vulverhempton” - “Aston Villa” 2:0 nəticəsi ilə başlayıb. Autsayder üçün bu, mövsümdə cəmi ikinci qələbədir, lakin kifayət qədər səs-küylü alınıb: “canavarlar” sonuncu pillədə qalsalar da, xallar üzrə tarixi anti-rekorddan yayınmağı bacarıblar. “Aston Villa” isə üçüncü sırada real təzyiq hiss edir, çünki “Mançester Yunayted” üç xal geridədir və qalib gələcəyi halda Unaı Emerinin komandasına çataraq top fərqinə görə onları qabaqlaya bilər.
“Arsenal” – “Çelsi” (1 mart)
Növbəti London derbisi və liderlə avrokubok zonasındakı komandanın qarşılaşması: “Arsenal” birinci, “Çelsi” isə beşinci pillədədir. Meydan sahibləri “Tottenhem” üzərində 4:1 hesablı parlaq qələbədən sonra oyuna yüksək əhval-ruhiyyə ilə çıxırlar. Bu nəticə onları Mançester təqibçisi fonunda tonusda saxlayır.
Həftə ərzində “Arsenal” ətrafında mümkün “kvadrupel”lə(futbolda bir komandanın eyni mövsüm ərzində dörd titul qazanması) bağlı müzakirələr aparılsa da, Mikel Arteta bu mövzunu ictimai şəkildə soyudaraq komandanın “oyundan-oyuna” prinsipi ilə yaşadığını bildirib. Baş məşqçi əlavə edib ki, “Çelsi” üzərində əvvəlki uğurlar heç bir zəmanət vermir – rəqib oyun gedişində dəyişməyi və ssenariyə uyğunlaşmağı bacarır.
“Çelsi” “Emireyts”ə Liam Rozeniorenin rəhbərliyi altında məğlubiyyətsiz seriya ilə gəlir. Lakin heyətlə bağlı vacib məqam var: müdafiəçi Uesli Fofana “Bernli” ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalıdır. “Mavilər” üçün əvvəlki tur ssenari baxımından ağrılı keçib – onlar “Bernli” ilə oyunda hesabda irəlidə olsalar da, yenidən azlıqda qalaraq qələbəni son dəqiqələrdə əldən veriblər (1:1). Qonaqlar üçün müsbət xəbər isə odur ki, Rozeniör Romeo Lavia və Dario Essuqunun məşqlərə qayıtdığını açıqlayıb, lakin Estevao bud əzələsinin arxa hissəsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir.
“Mançester Yunayted” – “Kristal Pelas” (1 mart)
“Mançester Yunayted” üçün bu, təkcə ilk dördlükdə mövqeni möhkəmləndirmək deyil, həm də artıq bu həftəsonu üçüncü pilləyə yüksəlmək şansıdır. Maykl Karrikin komandası əvvəlki turda səfərdə “Everton” üzərində çətin qələbə qazanıb (1:0), həlledici qolu isə yenidən ehtiyat oyunçular skamyasından meydana daxil olan Benyamin Şeşko vurub. Karrik matç ərəfəsində Şeşkonun “coker” kimi faydasını xüsusi vurğulayıb və məşqçi dəyişikliyindən sonra komandanın məğlubiyyətsiz seriyasını qeyd edib.
Heyət baxımından meydan sahiblərinin müəyyən sualları var. Lisandro Martines “Everton”la oyunu zədə səbəbindən buraxıb, lakin klub onun zədəsinin ciddi görünmədiyini bildirib. Mattays de Liqt və Meyson Mauntun vəziyyəti yaxşılaşır, Patrik Dorqunun isə daha uzun müddət sıradan kənarda qalacağı gözlənilir.
“Kristal Pelas” turnir cədvəlinin ortalarında – 13-cü pillədə qərarlaşıb və paralel olaraq avrokubokları da düşünür: London təmsilçisi Konfrans Liqasında mübarizəni davam etdirir. Premyer Liqada isə “Pelas” əvvəlki turda “Vulverhempton” üzərində son dəqiqə qolu ilə 1:0 hesablı qələbə qazanıb ki, bu da komandaya əlavə inam verə bilər.
APL-in 28-ci turunun digər oyunları:
27 fevral
“Vulverhempton” – “Aston Villa” 2:0
28 fevral
“Bornmut” – “Sanderlend”
“Bernli” – “Brentford”
“Liverpul” – “Vest Hem”
“Nyukasl” – “Everton”
“Lids” – “Mançester Siti”
1 mart
“Brayton” – “Nottingem Forest”
“Fulhem” – “Tottenhem”
28-ci tur öncəsi APL turnir cədvəli:
“Arsenal” – 61
“Mançester Siti” – 56
“Aston Villa” – 51
“Mançester Yunayted” – 48
“Çelsi” – 45
“Liverpul” – 45
“Brentford” – 40
“Bornmut” – 38
“Everton” – 37
“Fulhem” – 37
“Nyukasl” – 36
“Sanderlend” – 36
“Kristal Pelas” – 35
“Brayton” – 34
“Lids” – 31
“Tottenhem” – 29
“Nottingem Forest” – 27
“Vest Hem” – 25
“Bernli” – 19
“Vulverhempton” – 13
