Azərbaycanın mərhum mətbuat və informasiya naziri, Yeni Azərbaycan Partiyasının 91 qurucu üzvündən biri Sirus Təbrizlinin nəvəsi Əvəzedicilər Liqasında debüt edib.
İdman.Biz sportnet.az-a istinadən xəbər verir ki, babasının ad və soyadını daşıyan Sirus Təbrizlinin ilk matçı "Araz-Naxçıvan-2"nin heyətində "Şamaxı-2"yə qarşı səfər matçına təsadüf edib.
Şamaxı şəhər stadionunda keçirilmiş 17-ci tur qarşılaşması meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. 20 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə oyuna daxil olub.
Nəvə Sirus Təbrizli müqavilə üzrə "Qarabağ-2"yə məxsusdur. O, "Şamaxı-2"də icarə əsasında çıxış edir.
Qeyd edək ki, mərhum siyasətçi və jurnalist Sirus Təbrizli Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) deputatı, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000) olub. O, 7 sentyabr 2013-cü ildə 71 yaşında ikən vəfat edib.
