Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turunun oyunu “Şamaxı” “Neftçi” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
“Şamaxı” 25 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 30 xala malik “Neftçi” isə yeddincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
28 fevral (şənbə)
14:30. “Şamaxı” - “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün “Kəpəz” “Sumqayı”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib.
