“Bodo-Qlimt”dən tarixi nəticə - “Ayaks”ın 54 illik rekordunu təkrarladı

25 Fevral 2026 12:27
125
“Bodo-Qlimt”dən tarixi nəticə - “Ayaks”ın 54 illik rekordunu təkrarladı

Norveçin “Bodo-Qlimt” futbol klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

İdman.Biz xəbər verir ki, Norveç təmsilçisi pley-off mərhələsinin oyunlarında “İnter”i iki matçın yekununa əsasən mübarizədən kənarlaşdırıb - 3:1 və 2:1.

“Opta”nın məlumatına görə, bu nəticədən sonra “Bodo-Qlimt” top-5 Avropa liqalarına (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) məxsus klublara qarşı Çempionlar Liqası və ya Avropa Çempionlar Kuboku çərçivəsində ardıcıl dörd qələbə qazanan ilk komanda olub.

Bu göstəriciyə sonuncu dəfə 1971/1972 mövsümündə Amsterdamın “Ayaks” klubu nail olmuşdu. Beləliklə, 54 ildən sonra eyni uğur təkrarlanıb.

Qeyd edək ki, “Bodo-Qlimt” qrup mərhələsinin sonlarında da səs-küylü nəticələrə imza atmışdı. Skandinaviya təmsilçisi “Mançester Siti” 3:1, “Atletiko” Madridi isə 2:1 hesabı ilə məğlub etmişdi.

İdman.Biz