Qurban Qurbanov: “Məğlubiyyət bizə təcrübə qazandırdı”

25 Fevral 2026 12:00
86
Qurban Qurbanov: “Məğlubiyyət bizə təcrübə qazandırdı”

Azərbaycanın nüfuzlu “Qarabağ” Futbol Klubu Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a cavab oyununda 2:3 (ilk oyun 1:6) hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, məğlubiyyətə baxmayaraq, komanda üçün böyük təcrübə olub.

“Pis sonluq almadıq. Klub olaraq çox inkişaf etdik. İlk oyundakı nəticəyə görə cavab matçına hazırlaşmaq asan deyildi. Rəqib bizi səhvlərə yol verməyə məcbur edirdi”, - deyə o, söyləyib.

Q. Qurbanov əlavə edib ki, Bakıda azarkeşlərin dəstəyi komandaya turnirin çəkisini bir daha hiss etdirdi:

“Azarkeşlərin sona qədər bizə dəstək olması çox sevindirici idi və hər oyunumuzda stadionda 1500-2000 nəfər rəqib azarkeşi olurdu. ‘Nyukasl’ stadionunda futbolçu kimi də oynamışdım, baş məşqçi kimi isə başqa təcrübə yaşadım. Oyun başlayandan sonra isə bütün anlar yaddan çıxdı” (gülür).

İdman.Biz