“Barselona” futbol klubunun seçkiyə hazırlaşan sabiq prezidenti Joan Laporta Andorraya səfəri zamanı “Barselona” prezidentliyinə namizədliyi üçün imza toplanmasına start verib.
İdman.Biz xəbər verir ki, daha əvvəl “Kamp Nou” stadionunda tribunaları yuması və azarkeşlər üçün makaron bişirməsi ilə gündəmə gələn Laporta bu dəfə də diqqət çəkib.
O, Andorrada açdığı ofisdə hamon(İspaniyanın ən məşhur milli ət məhsullarından biridir – red) doğrayaraq tərəfdarlarla görüşüb.
Məlumat üçün əlavə edək ki, Andorrada “Barselona” futbol klubunun 800-dən çox rəsmi üzvü yaşayır. “Barcelona” klubunda növbəti prezident seçkisi 2026-cı ilin yayında keçiriləcək. Laporta həmin seçkidə yenidən namizəd kimi iştirak etməyi planlaşdırır.
