“Real”ın hücumçusu Kilian Mbappenin Çempionlar Liqasının bu axşam keçiriləcək “Benfika” ilə matçını buraxacağı rəsmiləşib.
İdman.Biz xəbər verir ki, dizində ağrılar hiss edən futbolçu və Madrid klubunun tibbi heyəti hər hansı riskə yol verməmək üçün belə bir qərar qəbul ediblər.
Mbappenin heyətdən çıxarılması ilə “Kral klubu” Lissabon təmsilçisi ilə görüşə ciddi itki ilə çıxacaq.
Forvardın müalicəsinə başlanılıb və onun yaşıl meydanlara nə vaxt qayıdacağı yaxın günlərdə keçiriləcək əlavə müayinələrdən sonra bəlli olacaq.
