“Barselona” klubu İspaniya Hakimlər Texniki Komitəsinin (CTA) La Liqanın 24-cü turunda baş tutan “Jirona” ilə matçdakı (1:2) nəticəyə təsir edən hakim səhvini rəsmən etiraf etməsinə münasibət bildirib.
İdman.Biz Kataloniya klubu sosial şəbəkə hesablarında həmin anın fotosunu paylaşaraq bu sözləri yazıb: “Səhvi etiraf etmək böyük addımdır. Növbəti addım ondan qaçmaqdır”.

CTA-nın rəsmi rəyində qeyd olunur ki, VAR mütləq müdaxilə etməli idi, çünki bu, aşkar və ciddi səhv idi. Hücumçu rəqibini ehtiyatsızlıqdan tapdaladığı üçün qayda pozuntusu və sarı vərəqə ilə cəzalandırılmalı idi. Ekspertlər bu epizodun birbaşa qolla nəticələnən hücum fazasında baş verdiyini və fərqli şərhə yer qoymadığını bildiriblər.
