Norveçli məşqçi Erlinq Mo Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi olub.
Bu barədə Türkiyə Superliqası klubunun mətbuat xidməti məlumat yayıb. Məşqçi on səkkiz aylıq müqavilə imzalanıb.
Çərşənbə axşamı, 24 fevral tarixində monteneqrolu məşqçi Radomir Caloviç komandanın baş məşqçisi vəzifəsindən istefa verib. Mo daha əvvəl “Beşiktaş”da həmyerlisi Ole Qunnar Solskjaerin köməkçisi, ondan əvvəl isə “Molde”nin baş məşqçisi vəzifəsində çalışıb.
