İngiltərə Futbol Assosiasiyası davaya görə “Çelsi” və “Vest Hem”i cərimələyib

25 Fevral 2026 18:56
96
İngiltərə Futbol Assosiasiyası davaya görə “Çelsi” və “Vest Hem”i cərimələyib

İngiltərə Futbol Assosiasiyası (FA) rəsmi saytında Premyer Liqanın 24-cü turunda “Çelsi” və “Vest Hem Yunayted” arasında keçirilən oyunda baş verən dava ilə bağlı açıqlama yayımlayıb.

İdman.Biz bildirir ki, oyun 3:2 hesabı ilə “Çelsi”nin xeyrinə qurtarıb.

“Müstəqil Futbol Tənzimləmə Komissiyası (IFRC) 31 yanvar 2026-cı il, şənbə günü Premyer Liqa matçında baş verən kütləvi davaya görə “Çelsi” Futbol Klubu və “Vest Hem Yunayted” Futbol Klubunu cərimələyib.

Təsdiq olunur ki, “Çelsi” 95-ci dəqiqədə komanda oyunçularının uyğunsuz və/və ya təxribatçı davranışlara yol verməməsini təmin etməyib. “Vest Hem Yunayted” də komanda oyunçularının eyni vaxtda uyğunsuz və/və ya təxribatçı və/və ya aqressiv davranışlara yol verməməsini təmin etməyib.

Hər iki klub sonradan günahlarını etiraf edib. Dinləmədən sonra IFRC “Çelsi” və “Vest Hem Yunayted”i müvafiq olaraq 325.000 və 300.000 funt sterlinq cərimələyib", - deyə FA-nın açıqlamasında bildirilir.

İdman.Biz