“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Atalanta”ya qarşı keçiriləcək cavab oyunu barədə danışıb.
İdman.Biz bildirir ki, matç bu gün, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İlk oyun Almaniya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Bizim yaxşı şansımız var. Dortmundda olduğu kimi, öz oyunumuzu oynamalıyıq. Bütün gücümüzü ortaya qoymalı və ilk oyundakı bütün müsbət anları təkrarlamağa çalışmalıyıq. Sadəcə nəticəni saxlamaq istəmirik; 0:0 hesablı heç-heçə bizim üçün seçim deyil. Erkən qol vura bilsək, bu, bizə böyük inam verəcək”, - deyə məşqçi UEFA-nın rəsmi saytında bildirib.
