Təbrizin “Traktor” klubu İran Futbol Federasiyasından FIFA-ya şikayət edib.
İdman.Biz bildirir ki, klub sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Traktor” klubu rəsmi şikayətini üç ayrı bölmə üzrə FIFA-nın baş katibinə göndərib.
İdarə heyəti üzvlərinin imzası ilə tərtib olunaraq qeydiyyata alınan bu şikayət aşağıdakı istiqamətləri əhatə edir:
Birinci bölmə: Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.
İkinci bölmə: “Traktor” klubuna və onun milli komanda üzvü olan oyunçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.
Üçüncü bölmə: Qərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.
Məsələnin yekun nəticə əldə olunana qədər izlənməsi klubun gündəmindədir”, - məlumatda deyilir.
