“Bu, rüsvayçılıqdır” - Prestianni barəsində apellyasiya şikayətinin rədd elilməsi haqqında

25 Fevral 2026 23:41
96
“Bu, rüsvayçılıqdır” - Prestianni barəsində apellyasiya şikayətinin rədd elilməsi haqqında

“Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianni sosial mediada klubunun UEFA-nın müvəqqəti cəzasına qarşı apelyasiya şikayətinin rədd edilməsi xəbərinə reaksiya verib.

İdman.Biz-in məlumatına görə, argentinalı oyunçu qısa müddət sonra paylaşımı silib.

“Top olmadan hücum göz qabağındadır, cəza yoxdur. Dəlil olmadan sanksiyalar normaldır. “Real Madrid” artıq heç nəyi gizlətmir. Bu, sadəcə rüsvayçılıqdır”, - “A Bola” oyunçunun sözlərini sitat gətirib.

UEFA daha əvvəl argentinalı yarımmüdafiəçini “Real Madrid”in hücumçusu Vinisius Juniora qarşı irqçi təhqir iddiası ilə müvəqqəti olaraq diskvalifikasiya etmişdi. Təşkilat hazırda hadisəni araşdırır.

İdman.Biz