Ronaldu qol vuraraq “Əl-Nəsr”in “Əl-Nəcmə” üzərində qələbəsinə kömək edib

26 Fevral 2026 01:28
102
Ronaldu qol vuraraq “Əl-Nəsr”in “Əl-Nəcmə” üzərində qələbəsinə kömək edib

Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turunun “Əl-Nəcmə” və “Əl-Nəsr” arasında təxirə salınmış oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “King Abdullah Sports City” stadionunda (Ciddə, Səudiyyə Ərəbistanı) oynayıblar. Qonaq komanda 5:0 hesablı qələbəni qeyd edib.

Qonaq komandanın hücumçusu Kriştianu Ronaldu hesabı açıb. Portuqaliyalı yeddinci dəqiqədə penaltidən dəqiq zərbə endirib. Cinah oyunçusu Kinqsli Koman 31-ci dəqiqədə “Əl-Nəsr”in üstünlüyünü artırıb. Birinci hissənin sonlarında müdafiəçi İniqo Martinez hesabı 3:0 edib. İkinci hissənin 52-ci dəqiqəsində hücumçu Sadio Mane Ronaldunun ötürməsindən sonra qonaq komandanın qapısına dördüncü qolu vurub. 80-ci dəqiqədə İniqo Martinez dubl edərək hesabı 5:0 edib.

Bu matçda Kriştianu Ronaldu karyerasında 965-ci qolunu vurub.

Bu qələbə ilə “Əl-Nəsr” 23 matçdan 58 xalla liqa turnir cədvəlində birinci yerə yüksəlib. “Əl-Nəcmə” səkkiz xal qazanıb və 18-ci yerdədir.

İdman.Biz