“Atalanta” Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda “Borussiya Dortmund”u 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, ilk oyundan sonra iki topa fərqi ilə geridə olan “qara-göylər” bununla “Liverpul”un uğurunu təkrar ediblər.
2019-cu ildən bəri heç bir komanda Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda iki və daha çox top fərqi ilə geridə qalaraq ümumi hesabda qələbə qazanmayıb. Opta Sports Telegram kanalının məlumatına görə, o vaxt mersisaydlılar “Barselona”nı ümumi hesabda 4:3 hesabı ilə məğlub etmişdilər.
2019-cu ildə “Liverpul” ilk oyunda “blauqrana”ya 3:0 hesabı ilə uduzsa da, ev oyununda dörd cavabsız qolla qalib gəlmişdi.
“Atalanta” indi Çempionlar Liqasının 1/8 final mərhələsində ya “Arsenal”, ya da “Bavariya” ilə qarşılaşacaq. Püşkatma 27 fevralda keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
