“Borussiya Dortmund”un müdafiəçisi Rami Bensebaini UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda “Atalanta”nın hücumçusu Nikola Krstoviçin alnına təpiklə vurub.
İdman.Biz bildirir ki, hadisə 90+4-cü dəqiqədə baş verib.
VAR müdaxiləsindən sonra hakim penalti təyin edib və əlcəzairliyə ikinci sarı vərəqə göstərib.
Dortmundluların müdafiəçisi Niko Şlotterbek də ehtiyat oyunçular skamyasından hakimin qərarından narazılığını bildirdikdən sonra qırmızı vərəqə alıb.
