Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun milli komanda seçimi ilə bağlı danışıb.
İdman.Biz futbolpress.az-a istinadənxəbər verir ki, mütəxəssis futbolçunun gələcək toplanışlara dəvətinin onun formasından asılı olacağını söyləyib.
“Lorensonu izləyirdik, bundan əvvəl özü də Azərbaycan millisində oynamaq istəmişdi. Bilirsiniz ki, aşağı yaşlılardan rəsmi dəvət almışdı, U-21-də oyuna çıxmışdı. Mən onu canlı şəkildə Cəbəllüttariq ilə oyunda izləmişdim. O, həm də öz klubunda çox yaxşı çıxış etdi və bu bizim diqqətimizi çəkdi. Bizim geniş siyahımız var idi, ama 23 futbolçunun içindən onu seçdik. Amma sonradan onun klubundan bizə müraciət etdilər, kiçik zədəsi var idi, biz də buna inandıq. Gələn toplanışlarda yaxşı formada olsa, yenə dəvət alacaq. Əgər o, Azərbaycan millisində oynamaq istəməsə, bu onun öz qərarı olacaq. Mən həmişə demişəm ki, milli forma sevilməli, ona dəyər verilməlidir, milli formada heç bir məcburiyyət olmamalıdır”, - deyə Ayxan Abbasov bildirib.
Qeyd edək ki, İtaliyanın B Seriyasında çıxış edən “Sampdoriya”nın hücumçusu Lorenso Mezzotero zədə səbəbindən Azərbaycan millisinin düşərgəsinə qoşulmayıb.
