Azərbaycan millisinin qarşıdakı səfər oyunları öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərinin proqramı müəyyənləşib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Lixtenşteynlə UEFA Millətlər Liqası matçı ərəfəsində noyabrın 12-də Bakı vaxtı ilə saat 21:15-də jurnalistlərin suallarını cavablandıracaq. Millinin media nümayəndələri üçün açıq məşqi isə saat 22:00-da başlayacaq.
Andorra ilə yoldaşlıq görüşündən əvvəl nəzərdə tutulan tədbirlər noyabrın 15-də baş tutacaq. Həmin gün yığmamızın açıq məşqi Bakı vaxtı ilə saat 19:00-a, mətbuat konfransı isə saat 21:15-ə təyin olunub.
