“Sabah”ın futbolçusu son dəqiqələrdə meydana çıxdı, millisi Rusiyaya uduzdu

13 Noyabr 2026 00:47
36
“Sabah”ın futbolçusu son dəqiqələrdə meydana çıxdı, millisi Rusiyaya uduzdu

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin formasını geyindiyi Özbəkistan millisi Rusiya ilə yoldaşlıq görüşündə iki topluq üstünlüyü qoruya bilməyib.

İdman.Biz xəbər verir ki, noyabrın 12-də Daşkəndin “Paxtakor” stadionunda keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibləri Viktor Melyoxinin avtoqolu və Kərimovun vurduğu qolla 2:0 hesabı ilə önə keçiblər. Lakin Rusiya yığması ikinci hissədə ardıcıl üç qol vuraraq görüşün gedişini dəyişib. Nikolay Komliçenko dubl edib, Aleksey Mirançuk isə qələbə qolunun müəllifi olub.

Raxmonaliyev qarşılaşmanın 89-cu dəqiqəsində Şerzod Esanovu əvəzləyib. “Sabah”ın futbolçusu meydana çıxarkən bütün qollar artıq vurulmuşdu.

İdman.Biz