Argentina Futbol Assosiasiyası (AFA) millinin baş məşqçisi Lionel Skaloni ilə müqaviləni yeniləyib.
İdman.Biz xəbər verir ki, AFA prezidenti Klaudio Tapia 48 yaşlı mütəxəssislə əməkdaşlığın 2030-cu ilədək davam edəcəyini açıqlayıb.
Skaloninin rəhbərliyi altında Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Komanda finalda Fransanı penaltilər seriyasında məğlub edib.
Argentina 2026-cı il dünya çempionatında da finala yüksəlib, lakin həlledici görüşdə İspaniyaya uduzub.
