“Bütün azarkeşlərə, Azərbaycan xalqına, komanda yoldaşlarıma və məşqçilərə təşəkkür edirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev İTV-yə açıqlamasında deyib.
Cinah müdafiəçi İngiltərədə “Nyukasl”a uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (2:3) haqqında danışıb:
“Bura qədər çox yaxşı yol gəldik. Bizim üçün həqiqətən ağır oldu. Düşünürəm ki, yaxşı oyunlarımız da oldu, layiqli mübarizə apardıq”.
E.Cəfərquliyev pley-offun ilk qarşılaşmasına (1:6) da toxunub:
“Səhvlərimiz həddindən artıq çox idi. Geridönüş etmək o qədər də inandırıcı görünmürdü. Amma komanda olaraq yığışdıq. Söhbətimiz belə oldu ki, döyüşmədən meydandan çıxa bilmərik. Bunun üçün çalışırdıq. Əlimizdən gələni etməliyik. Azərbaycanı təmsil edirik və formamızda “Qarabağ” bayrağını daşıyırıq. Qollar buraxsaq da, yaxşı mübarizə apardıq. Bizim üçün böyük təcrübə oldu. Bundan da yaxşı nailiyyətlət qazanmağı arzulayıram”.
Azərbaycan millisinin üzvü gələcək karyerası barədə danışıb:
“Belə suallar mənə çox verilir. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyərəm. Amma səbirli olmaq lazımdır. Hazırda “Qarabağ”dayam, burada hər şey əladır. Bundan da yaxşı Elvin görə bilərsiniz. Daim öz üzərimdə işləyirəm”.
Ətraflı süjetdə:
