“Tottenhem” qapıçısı ilə yollarını ayırır: Fransa futbolunun parlayan ulduzu gəlir

25 Fevral 2026 11:09
64
“Tottenhem” qapıçısı ilə yollarını ayırır: Fransa futbolunun parlayan ulduzu gəlir

“Tottenhem” rəhbərliyi yay transfer pəncərəsi üçün gözlənilməz və cəsarətli qərar qəbul edib. London təmsilçisi əsas qapıçısı Qulyelmo Vikario ilə yolları ayırmağa və onun yerinə Fransa Liqa 1-in ən perspektivli simalarından birini gətirməyə hazırlaşır.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadla xəbər verir ki, “Tottenhem”in əsas hədəfi hazırda “Lans”da çıxış edən 21 yaşlı Roben Risserdir. Fransız qapıçı bu mövsüm göstərdiyi performansla Avropanın bir neçə nəhəng klubunun, o cümlədən “Nyukasl” və “Nottingem Forest”in də diqqətini çəkməyi bacarıb. Liqa 1-də keçirdiyi 23 oyunda doqquz dəfə qapısını toxunulmaz saxlayan və cəmi 20 qol buraxan Risserin Fransa millisinin Dünya Kuboku heyətinə düşmək şansları da olduqca yüksək qiymətləndirilir.

Vikarioya gəlincə, italyan qolkiperin karyerasını vətənində davam etdirmək ehtimalı böyükdür. “Yuventus” və “İnter” artıq onun transferi üçün hərəkətə keçiblər. London klubu uğursuz keçən mövsümdən sonra heyətdə ciddi təmizləmə işləri aparmaq niyyətindədir və Vikarionun satışından təxminən 25-30 milyon avro (50-60 milyon AZN) gəlir əldə etməyi planlaşdırır. Risserin hazırkı bazar dəyəri isə 10 milyon avro (20 milyon AZN) civarında qiymətləndirilir ki, bu da onu həm iqtisadi, həm də perspektiv baxımından ideal namizədə çevirir.

İdman.Biz