Braziliya prezidenti: “Biz dünya çempionatını qazanacağıq”

28 Fevral 2026 08:11
328
Braziliya prezidenti: “Biz dünya çempionatını qazanacağıq”

Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkəsinin 2026-cı il dünya çempionatında qələbə qazanacağına əminliyini ifadə edib.

İdman.Biz bildirir ki, dünya çempionatı yayda ABŞ, Meksika və Kanadada keçiriləcək.

“Əminəm ki, bu kuboku qazanacağıq. Ançelotti ilə danışdım və gördüm ki, o, son dərəcə ciddi və səbirli bir insandır. O, yalnız 100% formada olanların oynayacağına, heç kimi sadəcə adına görə çağırmayacağına - yalnız oynayan, məşq edən və hazır olanlara inanır.

Məşqçi ciddi olanda oyunçular daşıdıqları məsuliyyəti başa düşürlər”, - deyə dövlət başçısı bildirib.

İdman.Biz