Hazırda Portuqaliyada olan məşhur ABŞ-li aktrisa Sidni Svini futbol üzrə portuqaliya çempionatının oyununu izləyib.
İdman.Biz xəbər verir ki, aktrisa “Sportinq”-“Eştoril” komandaları arasındakı matça baxmaq üçün qarşılaşmaya təşrif gətirib.
Oyunu ev sahibi - “Sportinq”in 3:0 hesabı ilə qələbə ilə başa çatıb.
Sidni Svini oyundan sonra meydanın qazonuna çıxıb və stadionda dövrə vurub.
