“Matçı şərh etmək istəmirəm”.
İdman.Biz xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
“Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Futbola yaraşmır belə hal.Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz ilə irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm”, - deyə o, söyləyib.
Qeyd edək ki, “Şamaxı” - “Neftçi” matçı 2:2 hesabı ilə yekunlaşıb.
