Runi karyerası ərzində futbol oynadığı ən yaxşı stadionun adını açıqlayıb

28 Fevral 2026 12:00
132
Runi karyerası ərzində futbol oynadığı ən yaxşı stadionun adını açıqlayıb

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi karyerası ərzində futbol oynadığı ən yaxşı stadionun adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, ingilis futbolçu karyerasının böyük hissəsini “Old Trafford”da keçirsə də, rəqib meydanları arasında üstünlüyü Madrid “Real”ının ev arenasına verib.

“Çıxış etdiyim ən möhtəşəm stadion? Düşünürəm ki, bu, “Santyaqo Bernabeu”dur” – deyə o bildirib.

Qeyd edək ki, “Santyaqo Bernabeu” İspaniya nəhəngi “Real Madrid”in ev oyunlarını keçirdiyi arenadır və dünya futbolunun ən mötəbər stadionlarından biri hesab olunur.

Məlumat üçün əlavə edək ki, Ueyn Runi peşəkar futbolçu karyerasını 2021-ci ilin yanvar ayında başa vurub. O, son olaraq İngiltərənin “Derbi Kaunti” klubunda çıxış edib və futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyətini davam etdirib.

İdman.Biz