İngiltərə Premyer Liqasının 28-ci turunda “Liverpul” “Vest Hem”ə 5:2 hesabı ilə qalib gəlib. Matç Liverpuldakı “Enfild” stadionunda keçirilib.
Uqo Ekitike mersisaydlıları beşinci dəqiqədə irəli çıxarıb, Vircil van Deyk 24-cü dəqiqədə komandasının ikinci qolunu vurub, Aleksis Makallister isə 43-cü dəqiqədə hesabı artırıb. Tomas Soucek 49-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Kodi Qakpo 70-ci dəqiqədə meydan sahiblərinin dördüncü qolunu vurub. Qonaqlardan Valentin Kastelyanos 75-ci dəqiqədə fərqlənib. Aksel Disasi 83-cü dəqiqədə avtoqol edib.
Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci yerdə, “Vest Hem” isə 25 xalla 18-ci yerdədir.
Turun digər oyununda “Nyukasl” öz meydançasında “Everton”a məğlub olub – 2:3.
19-cu dəqiqədə Cerred Brantvayt qonaqları irəli çıxarıb, 32-ci dəqiqədə isə Ceykob Remzi bərabərlik qolunu vurub. Betu 34-cü dəqiqədə “Everton”un ikinci qolunu vurub. Ceykob Mörfi 82-ci dəqiqədə hesabı bərabərləşdirib. Tyerno Barri isə 83-cü dəqiqədə qələbə qolunu vurub.
Turun daha bir oyununda “Börnli” öz meydançasında 3:4 hesabı ilə “Brentford”a məğlub olub.
19:50
İngiltərə Premyer Liqasının 28-ci turunda “Bornmut” “Sanderlend”i qəbul edib.
İdman.Biz bildirir ki, 18-ci dəqiqədə ev sahibi komandanın qapıçısı Habib Diarranın zərbəsini dəf edib, lakin Elieser Mayenda boş qapıya qol vuraraq hesabı 0:1 edib. 63-cü dəqiqədə Evanilson Markus Tavernyenin güclü ötürməsini başla dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
“Bornmut” qələbə qazana bilməyərək 39 xalla səkkizinci yerdə qalıb, rəqibləri isə üç oyunluq məğlubiyyət seriyasına son qoyublar və 37 xalla 11-ci yerdə qərarlaşıblar.
