“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal 2025/26 mövsümünün 26-cı turunda “Vilyarreal” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda üç qol vurub.
İdman.Biz-in Opta Sports-a istinadən məlumatına görə, ispaniyalı cinah oyunçusu beləliklə, 21-ci əsrdə 19 yaşına çatmamışdan əvvəl ən güclü beş liqada 25 qol vuran ilk oyunçu olub.
Kataloniya klubunun cinah oyunçusu Marselino Toralın komandasına qarşı het-trik edib. İspan futbolçu 95 La Liqa matçında 27 qol vurub.
Bu mövsüm Yamal klubun heyətində bütün yarışlarda 31 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.
İspaniya liqasında 26 oyundan sonra “Barselona” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Vilyarreal” 51 xalla üçüncü yerdədir.
